Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi təsdiqlənib

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi təsdiqlənib
# 22 iyul 2015 15:19 (UTC +04:00)

Bankın mətbuat xidmətindən "APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Azərbaycan Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə edilmiş, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi, Bankın səhmlərinin formasının dəyişdirilməsi barədə məsələlərə baxılıb.

Bankın Müşahidə Şurasının mövcud say tərkibi 7 nəfərdən 5 nəfərədək endirilib.

Bankın İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.

Yeni seçilmiş İdarə Heyətinə bankın maliyyə sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə kredit siyasətinin yenidən işlənib hazırlanması, Bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlər barəsində tapşırıqlar verili. Bankın Audit Komitəsinə isə adı çəkilən Fərmandan irəli gələn vəzifələrin icrası olaraq Bank tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib.

Bununla yanaşı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin forması bu Qanunun tələbi olaraq sənədli formadan sənədsiz formaya dəyişdirilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR