ABŞ Prezidenti Donald Tramp ölkəsinin neft hasilatı sahəsində Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) daha güclü mövqeyə sahib olduğunu iddia edib.
APA xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib.
“Venesuela, Texas, Oklahoma, Şimali Dakota, Pensilvaniya və digər möhtəşəm ştatlarla birlikdə biz OPEC-dən daha güclü olmuşuq. Bu son dərəcə mühüm seçkilərdən sonra neftin qiyməti aşağı düşəcək”, – ABŞ Prezidenti deyib.
Tramp ABŞ-nin mövqeyinin güclənməsini, o cümlədən Venesuela ilə enerji sahəsində əldə olunan razılaşma ilə əlaqələndirib.