Bank Of Baku

Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 23 mart 2026 21:43 (UTC +04:00)

İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.

Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir.

“Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – deyə Tramp qeyd edib.

ABŞ lideri bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:

“Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma görəcəyik, bunu reallaşdırmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR