Bank Of Baku

Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır

Mixeil Kavelaşvili

© APA | Mixeil Kavelaşvili

# 12 noyabr 2026 20:45 (UTC +04:00)

“Gürcüstanın Türkiyə, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələri ilə münasibətləri iqtisadi amillərlə yanaşı həm də qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Anlatyada COP31 konfransı çərçivəsində keçirdiyi görüşlər barədə danışarkən deyib.

O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşə toxunaraq Gürcüstanla Özbəkistan arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini bildirib.

Mixeil Kavelaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif mövzularda söhbət apardığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstan və Ermənistanın razılaşdığı bir məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionu mümkün qədər ən cəlbedici bölgəyə çevrilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR