ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.
APA xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.
"İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.