ABŞ hökuməti Prezident Donald Trampı daşıyan helikopterin yaxınlığından sərnişin təyyarəsinin keçməsi ilə bağlı insidenti araşdırır.
Bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendi bildirib ki, hazırda hadisə ilə bağlı əlavə məlumatlar toplanılır.
Onun sözlərinə görə, aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər əldə olunan məlumatları təhlil etdikdən sonra tammiqyaslı araşdırmaya başlanılıb-başlanılmayacağı barədə qərar veriləcək.