Böyük Britaniyada son sutka ərzində 33 074 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 179 506 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 94 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 130 701 nəfərə çatıb.