Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 22 -yə yüksəlib.
APA xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Paytaxtında dəmir yolu stansiyalarından birində enerjisi kəsilib, bu səbəbdən turniketlər işləməyib. 250-yə yaxın bina işıqsız qalıb.
Yaponiya Baş naziri bütün zərərçəkənlərə kömək ediləcəyini bildirib. O, əlavə edib ki, Atom Elektrik Stansiyalarında fövqəladə hal qeydə alınmayıb.
Qeyd edək ki, oktyabrın 7-də Tokioda 6,1 bal zəlzələ olub.