Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter” şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilir ki, Maskın vəkilləri artıq “Twitter” şirkətinin hüquq departamentinə müvafiq bildirişi göndəriblər.
Eyniadlı sosial şəbəkənin sahibi olan Bret Teylor sövdələşmənin icrasını təmin etmədiyi üçün İlon Maskı məhkəməyə verib.