FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib - VİDEO

FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib - VİDEO
# 01 fevral 2020 14:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Mingəçevir şəhərində Mingəçevir şəhərinin, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Ağdaş şəhərində Ağdaş rayonunun sakinləri və həmin şəhər və rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR