Ronaldo: "Mən homoseksualistəm”

Ronaldo: "Mən homoseksualistəm”
# 21 noyabr 2016 11:53 (UTC +04:00)

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo qeyri-adi ifadələrlə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya La Liqasının matçı zamanı özünü homoseksual adlandırıb.

Məsələ ondadı ki, hesabat turunda “Real”ın “Atletiko” üzərindəki 3:0 hesablı qələbəsini vurduğu 3 qolla təmin edən portuqaliyalı ilə rəqib yarımmüdafiəçi Koke arasında münaqişə yaranıb. İspaniyalı futbolçu mübahisə zamanı Ronaldonu homoseksualist adlandırıb.

Kriştianu isə cavabında “Bəli, mən homoseksualistəm, amma çoxlu pulum var. Sən isə əclafsan” ifadəsini işlədib. Bu söz davasının təfərrüatları mətbuata sızan kimi ötən ilin dekabrında yaşananlar xatırlanıb.

Həmin vaxt İspaniya mediası Ronaldonu homoseksual əlaqələrdə ittiham edərək, Mərakeşə tez-tez səfər etməsinin səbəbi kimi qələmə vermişdi. Yazılanlara əsasən futbolçu afrikalı kikboksçu Bədr Hari ilə məhz homoseksual münasibətləri üçün görüşür.

Qeyd edək ki, Ronaldo 2010-15-ci illərdə rusiyalı model İrina Şeyklə sevgili olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR