Bakının Xətai rayonunda dairədə iki avtomobil toqquşub, sərnişin xəsarət alıb - FOTO - VİDEO

Bakının Xətai rayonunda dairədə iki avtomobil toqquşub, sərnişin xəsarət alıb - FOTO - VİDEO
# 21 dekabr 2019 00:45 (UTC +04:00)

Bakının Xətai rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən dairədə baş verib.

Tahir İbadov idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsilə Babək prospekti ilə hərəkətdə olub. Onun avtomobili dairədə hərəkətdə olan "AzSamand" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "AzSamand"da olan sərnişin xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR