Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

 Bakıda avtomobil qaçıran şəxs saxlanılıb
# 05 sentyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Emil Əliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nəsimi rayonu 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmış paytaxt sakini Ruslan Gülmalıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR