Azərbaycan məhkəməsi Almaniyanın beynəlxalq axtarışa verdiyi şəxsin Türkiyəyə ekstradisiyasına qərar verib

Azərbaycan məhkəməsi Almaniyanın beynəlxalq axtarışa verdiyi şəxsin Türkiyəyə ekstradisiyasına qərar verib
# 06 iyun 2018 12:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qərar elan edilib.

T. K. Abdulsəlamın Türkiyəyə ekstradisiyasına qərar verilib.

İttihama görə, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Hollandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

T. K. Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.

Bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb.

Həmin sorğu təmin edilib.

Lakin Apellyasiya Məhkəməsi zamanı Türkiyə də T. K. Abdulsəlim haqqında axtarış elan edib və Azərbaycan tərəfindən ekstradisiya edilməsini tələb edib.

Bu səbəbdən iş birinci instansiya məhkəməsinə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR