BMT-nin “Davamlı inkişafın təmin edilməsi üçün nəqliyyat və tranzit dəhlizlərinin beynəlxalq əməkdaşlıqda rolu” adlı məruzəsi açıqlanıb

BMT-nin “Davamlı inkişafın təmin edilməsi üçün nəqliyyat və tranzit dəhlizlərinin beynəlxalq əməkdaşlıqda rolu” adlı məruzəsi açıqlanıb
# 12 sentyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Baş Katibliyinin “Davamlı inkişafın təmin edilməsi üçün nəqliyyat və tranzit dəhlizlərinin beynəlxalq əməkdaşlıqda rolu” adlı məruzəsi açıqlanıb.

APA-nın məlumatına görə, məruzə BMT-yə üzv dövlətlərin, müvafiq beynəlxalq və regional təşkilatların, BMT-nin ixtisaslaşmış qurumlarının fikirlərini əks etdirir.

Məlumat təqdim edən ölkələr arasında Azərbaycan, Gürcüstan, Rusiya Federasiyası və Türkmənistan da var.

Məruzədə Azərbaycanın Avropa və Asiyanı Qafqaz vasitəsilə birləşdirən beynəlxalq əhəmiyyətli dəmiryolu olan Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı məlumatları təqdim etdiyi yazılıb. Bildirilib ki, 26 dekabr 2014-cü ildə ilk sınaq qatarı işə düşüb. 2014-cü ilin sentyabrında isə multimodal nəqliyyatın geniş istifadəsi, eləcə də Xəzər dənizində nəqliyyat imkanlarının artırılması məqsədilə yeni Bakı Beynəlxalq Dəniz ticarəti limanı tikilib. Bundan başqa, hazırda Rusiya Federasiyası, Gürcüstan və İranla sərhədədək uzanan avtomagistralların təmiri və yenilənməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Rusiya tərəfi isə Avropa və Asiyanı birləşdirəcək yeni meqalayihə olan “Trans Avrasiya inkişaf xətti” konsepsiyası barədə məlumat təqdim edib.

Avropa və Mərkəzi Asiyanın sərhədində yerləşən Gürcüstan da nəqliyyat şəbəkəsinin tranzit potensialı barədə məlumat təqdim edib. Ölkənin iri infrastruktur layihələri sırasında Qara dənizdə yeni Anakliya limanının tikintisi və Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi barədə məlumatlar yer alıb.

Qeyd edək ki, məruzə Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 69/213 saylı qətnaməsinə uyğun olaraq hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR