Ucarda canavarlar kəndə hücum edib

Ucarda canavarlar kəndə hücum edib
# 27 iyul 2018 12:27 (UTC +04:00)

Ucar rayonunda canavarlar kəndə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.

Kənd sakini Zöhrab Pənah oğlu Nəsirovun həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında canavarlar hücum edib. Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb, 15 baş qoyunu isə yaralayıblar.

Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardım göstəriblər.

Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR