Azərbaycanlı həkim Türkiyədə evində ölü tapılıb

Azərbaycanlı həkim Türkiyədə evində ölü tapılıb
# 31 avqust 2015 09:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin İzmir şəhərinin Buca bölgəsində 47 yaşlı azərbaycanlı həkim evində ölü tapılıb. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Şahin Mehdiyevin meyiti yaşadığı evdə gecə saat 3 radələrində aşkar edilib. İddialara əsasən, spirtli içki qəbul etmiş azərbaycanlı həkim həyat yoldaşı ilə dalaşıb və qadın evdən gedib. Gecə evə qayıdan qadın ərini yerdə ölü şəkildə tapıb və polis və Təcili Tibbi yardıma zəng edib. Onun meyiti məhkəmə tibbi ekspertizaya göndərilib.

Azərbaycan əsilli Türkiyə vətəndaşı olan Şahin Mehdiyev Qarabağlar bölgəsində özəl xəstəxanada həkim kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR