Bank Of Baku

Barak Obama İranda ABŞ səfirliyinin açılacağını istisna etməyib

Barak Obama İranda ABŞ səfirliyinin açılacağını istisna etməyib
# 29 dekabr 2014 12:01 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ prezidenti Barak Obama gələcəkdə İranda ölkəsinin diplomatik nümayəndəliyinin bərpa olunacağını istisna etmir.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu sözləri B. Obama “NPR” telekanalına müsahibəsində deyib.

 

“Mən heç vaxt “heç vaxt” ifadəsini işlətmirəm. Münasibətlərimiz mərhələli şəkildə bərpa olunmalıdır”, - deyə o vurğulayıb.

 

Kuba və İranın fərqli ölkələr olduğunu deyən B. Obama qeyd edib ki, Kuba daha kiçik ölkədir və ABŞ-a təhlükə törətmir, İran isə böyük bir ölkədir və terrorizmə dəstək verir, nüvə silahı əldə etməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR