Bank Of Baku

Kamçatkada bir sutkada 5 zəlzələ baş verib

Kamçatkada bir sutkada 5 zəlzələ baş verib
# 15 noyabr 2026 04:11 (UTC +04:00)

Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.

TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.

“Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib”, – qurumdan qeyd olunub.

Bildirilib ki, bölgədə dörd vulkanın aktivliyi davam edir.

Mütəxəssislər təhlükəsizlik səbəbindən sakinlərə və turistlərə həmin vulkanlara yaxınlaşmamağı tövsiyə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR