Bank Of Baku

ABŞ-da anomal şaxtalar nəticəsində 23 nəfər ölüb - VİDEO

ABŞ-da anomal şaxtalar nəticəsində 23 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 21 fevral 2015 07:52 (UTC +04:00)

APA-nın məlumatına görə, təkcə Tennessi ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər isə donaraq ölüb.

 

Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş yanğında həyatla vidalaşıb.

 

Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti ucbatından elektrik enerjisiz qalıb.

 

Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi gözlənilir.

 

Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.

 

Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu aeroportlarının işinə təsir edib.

 

Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb regionunun əksər ştatlarında qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR