Bank Of Baku

ABŞ-da baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

ABŞ-da baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
# 26 mart 2015 03:18 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Sand-Sprinqs şəhərində (Oklahoma ştatı) baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə qismən və yaxud tamamilə 30-dan çox tikili dağılıb.

 

Oklahoma ştatının bir sıra şəhərlərində elektrik enerjisi təchizatı pozulub. Oklahoma-Siti və Tals şəhərlərində 40 min nəfər işıqsız qalıb, yollar bağlanıb.

 

Qeyd edək ki, meteoroloqlar qasırğanın fəsadlar törədəcəyi barədə əhalini əvvəlcədən  xəbərdarlıq etmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR