Bank Of Baku

ABŞ-da polis qara dərili yeniyetməni güllələyib

ABŞ-da polis qara dərili yeniyetməni güllələyib
# 24 dekabr 2014 10:06 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ-da polis tərəfindən növbəti qara dərili yeniyetmə öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 18 yaşlı Antonio Martin Missuri ştatının Sent Luis şəhərində yanacaqdoldurma məntəqəsində polisin yoxlamasından keçməyi rədd etdikdən sonra güllələnib. Polis və hadisə yerinə toplaşan insanlar arasında qarşıdurma yarandığı və 3 nəfərin saxlanıldığı bildirilir.  

 

Xatırladaq ki, avqustun 9-da Ferqüsson şəhərində 18 yaşlı qara dərili Maykl Braunun polis tərəfindən güllələnərək öldürülməsindən sonra bu şəhərdə və ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilmiş və polislə nümayişçilər arasında toqquşmalar baş vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR