Bank Of Baku

ABŞ prezidentinin müşaviri: “Dəvət rədd edilməyib”

ABŞ prezidentinin müşaviri: “Dəvət rədd edilməyib”
# 23 dekabr 2014 01:38 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin Rusiya üzrə baş müşaviri Selest Uollander bəyan edib.

 

“Dəvət rədd edilməyib, məsələyə baxılır. Bu barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil”, deyə müşavir bildirib.

 

Bundan əvvəl ABŞ administrasiyasının Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox yaxın gələcəkdə prezident Obamanın Rusiyaya  səfər etməyi planlaşdırmadığını bildirmişdi.

 

Məlum olduğu kimi, rəsmi Moskva Obamanı Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayramda iştirak etməyə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR