Bank Of Baku

ABŞ Ukraynada atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb

ABŞ Ukraynada atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb
# 12 fevral 2015 18:20 (UTC +04:00)

Bakı-APA. ABŞ Ukraynanın cənub-şərqində atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu  barədə Ağ Evin nümayəndəsi açıqlamasında bildirib.

 

“Razılaşma münaqişənin sülh yolu ilə nizamlanması və Ukraynanın suverenliyinin bərpa olunması istiqamətində olduqca əhəmiyyətli addımdır”, deyə bəyanatda qeyd olunub.   

 

Qeyd edək ki, “Normand dördlüyü”nün Minskdə keçirilən danışıqları zamanı Donbasda fevralın 15-dən etibarən atəşkəs rejiminin  tətbiq ediləcəyi barədə razılaşma əldə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR