Bank Of Baku

Ağ Ev: ABŞ Rusiyanın təcridinə yönəlmiş kursunu davam etdirəcək

Ağ Ev: ABŞ Rusiyanın təcridinə yönəlmiş kursunu davam etdirəcək
# 03 fevral 2015 07:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib. “Prezident hələ də hesab edir ki, Putin rejimini Ukrayna ilə bağlı strategiyasını dəyişməyə vadar etmək üçün onun təcridinin davam etdirilməsi lazımlıdır”, - deyə o, söyləyib.

 

C. Ernest Ağ Evin Rusiyanın beynəlxalq təcridinə yönəlmiş strategiyasının uğurlu olduğunu bəyan edib: “Rusiya iqtisadiyyatına qarşı sanksiya rejiminin həyata keçirilməsi və Rusiya valyutasının devalvasiyası ona gətirib çıxardı ki, müstəqil qiymətləndiricilər Rusiya qiymətli kağızlarının kredit reytinqini aşağı saldılar. Rusiya iqtisadiyyatı prezident Putinin Ukrayna ilə bağlı qəbul etdiyi qərarlar nəticəsində böyük zərbə alıb”.   

 

C. Ernest ABŞ administrasiyasının Ukraynaya silah verilməsi ilə bağlı hər hansı yeni qərar qəbul etmədiyini, lakin prezident Obamanın bütün imkanları nəzərdən keçirdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR