Bank Of Baku

Ağ Evə sianidli məktub göndərilib

Ağ Evə sianidli məktub göndərilib
# 18 mart 2015 07:52 (UTC +04:00)

Bakı - APA. Ekspertiza martın 16-da Ağ Evə göndərilən konvertdə sianid olduğunu təsdiqləyib.

 

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarının nümayəndəsi Brayan Liri açıqlama verib.

 

Onun sözlərinə görə, ekspertizanın nəticələri təsdiqlənmək üçün digər müəssisəyə göndərilib. Hazırda insident araşdırılır. Məktubu açan Ağ Ev əməkdaşının zərər çəkmədiyi bildirilir.

 

Konvertin üzərindəki ünvan xüsusi xidmət orqanlarının diqqətini çoxdan çəkmiş bir kişiyə aiddir. Belə ki, o, 1995-ci ildə Ağ Evə nəcislə murdarlanmış konvert göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR