Bank Of Baku

Atlantik Şuranın təşkil etdiyi konfransın məruzəçiləri ABŞ vitse-prezidenti Cozef Bayden ilə görüşüblər

Atlantik Şuranın təşkil etdiyi konfransın məruzəçiləri ABŞ vitse-prezidenti Cozef Bayden ilə görüşüblər
# 30 yanvar 2015 04:44 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın ən nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”nın hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə 29-30 yanvar tarixlərində Vaşinqtonda təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” başlıqlı konfransına dəvət olunmuş məruzəçilər yanvarın 29-da ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə görüşüblər.

 

Konfransda Azərbaycanı təmsil edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da ABŞ vitse-prezidenti ilə görüşdə iştirak edib.

 

Toplantı zamanı o cümlədən Azərbaycanın Avropa İttifaqının Şərt Tərəfdaşlığında iştirakı və gələcək perspektivlər müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib və eləcə də ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə toxunulub.            

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR