APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə La Segunda nəşri məlumat yayıb. Belə olacağı təqdirdə prezidentin Petrobras dövlət enerji şirkəti ilə bağlı iş üzrə ifadə verəcəyi ehtimal olunur.
Dilma Ruseffin və maliyyə naziri Qidu Manteqanın Petrobras konsernində şəxsi maraqlarının olduğu bildirilir.
Dövlət başçısının ifadə verib-verməyəcəyi barədə məlumat verilmir, hələlik yalnız onun məhkəməyə çağırılan şəxslərin siyahısına daxil edildiyi məlumdur.