Bank Of Baku

Braziliyada polislə quldur dəstələri arasında baş verən toqquşmalarda 11 nəfər ölüb

Braziliyada polislə quldur dəstələri arasında baş verən toqquşmalarda 11 nəfər ölüb
# 30 mart 2015 01:06 (UTC +04:00)

Bakı-APA. Braziliyada polislə quldur dəstələri arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, iki asayiş keşikçisi yaralanıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, Kurrays-Novus şəhərində banklara basqın etməkdə şübhəli bilinən cinayətkar dəstənin 7 üzvü öldürülüb. Cinayətkarlara məxsus avtomobillərdə odlu silah və partlayıcı maddələr aşkarlanıb.

 

Rio de Janeyro da isə narkotiklərin satışı ilə məşğul olan cinayət dəstənin 4 üzvü polis tərəfindən öldürülüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində  xeyli sayda silah-sursatın müsadirə edildiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR