Bank Of Baku

Kanadada avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb

Kanadada avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb
# 06 yanvar 2015 22:05 (UTC +04:00)

Bakı-APA. Kanadanın Alberta əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Edmonton şəhərindən 35 sərnişinlə yola düşmüş avtobus Casper şəhəri yaxınlığında qəzaya uğrayıb.    

 

İlkin məlumata görə, yolun buzlu olması qəzaya səbəb olub. İdarəetməni itirən avtobus yolun kənarına aşıb.   

 

 Hadisə ilə bağlı polis araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR