Bank Of Baku

Məhəmməd Əli yenidən xəstəxanaya düşüb

Məhəmməd Əli yenidən xəstəxanaya düşüb
# 16 yanvar 2015 08:44 (UTC +04:00)

Bakı – APA. Əfsanəvi boksçu Məhəmməd Əli yenidən xəstəxanaya yerləşdirilib.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, M. Əli sidik yolları infeksiyası ilə bağlı müalicəni davam etdirəcək.

 

Buna baxmayaraq əfsanəvi boksçu öz doğum gününü evində qeyd etməyi düşünür. Yanvarın 17-də M. Əlinin 73 yaşı tamam olacaq.

 

Xatırladaq ki, M. Əli ötən ilin dekabrın 21-də sətəlcəm (ağ ciyər iltihabı) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin sonradan həkimlər onda sidik yolları infeksiyasını aşkar ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR