APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Obama Avropanı sərt qənaət siyasətindən imtina etməyə çağırıb.
“Prezident Obama qeyd edib ki, ABŞ Yunanıstanın yeni hökuməti ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Tərəflər həmçinin Avropada təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər. Barak Obama bildirib ki, Avropa ABŞ-da olduğu kimi sərt qənaət siyasətindən imtina edərək əsaslı inkişaf planı qəbul etməlidir”, Ağ Evin məlumatında deyilir.