Bank Of Baku

Vaşinqtonda Ağ Ev və Dövlət Departamenti qismən işıqsız qalıb - VİDEO

Vaşinqtonda Ağ Ev və Dövlət Departamenti qismən işıqsız qalıb - <span style="color: red;">VİDEO
# 07 aprel 2015 22:23 (UTC +04:00)

Bakı-APA, Vaşinqtonun mərkəzində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaşanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Ağ Ev və Dövlət Departamenti də  daxil olmaqla, bir neçə dövlət idarələri və muzeylər bir müddət işıqsız qalıb.  

 

NBC Washington telekanalı Çarlz Kauntidə yerləşən elektrik yarımstansiyasında problemlərin  yarandığını bildirir. “Rerso” elektrik enerjisi şirkəti insidentin səbəblərini araşdırır. Bir neçə metro stansiyaları “qəza işıqlandırma rejimi”nə keçib. Qatarların hərəkətində problem yaranmayıb.

 

Enerjisinin verilişində məhdudiyyətlərin yaranması səbəbindən Ağ Ev və Dövlət Departamentində brifinqlər  dayandırılıb. Dövlət idarələri dərhal alternativ enerji mənbələrinə keçib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR