Bank Of Baku

Venesuelada çimərlikdə maskalı silahlı şəxslər 300 turisti qarət edib

Venesuelada çimərlikdə maskalı silahlı şəxslər 300 turisti qarət edib
# 28 dekabr 2014 03:20 (UTC +04:00)

Bakı-APA.  Venesuelanın şərqində üzü maskalı 7 silahlı şəxs Arapito çimərliyində istirahət edən 300 turisti qarət edib.  

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, qarətçilər  turistləri qorxutmaq üçün havaya bir neçə dəfə atəş açıblar. Turistlər üzərilərində olan pul kisələrini, zinət və digər bahalı əşyalarını cinayətkarlara verməyə məcbur olublar. İnsident zamanı xəsarət alan olmayıb.       

 

Hadisədə bir müddət sonra yerli sakinlər polisin hərəkətsizliyinə qarşı etiraz əlaməti olaraq Arapito çimərliyinə gedən yolu bağlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR