Mobil telefonlar səsimizi yazır, videomuzu da gizli çəkir – Bundan necə qorunaq?

# 17:38
3 may 2024

15 ildən artıqdır ki, texnologiya xüsusi vasitələrlə insanları izləməyə imkan verir. Bu vasitələr bəzi sahələrdə fəaliyyətin tənzimlənməsi üçün faydalıdır. Lakin sözügedən imkanlardan heç də hər kəs müsbət istiqamətdə istifadə etmir. Bu yolla başqasının həyatına müdaxilə məqsədilə edənlər də var. Belə ki, bəzi proqramlarla insanların icazəsi olmadan telefona daxil olaraq bir çox əməliyyatı həyata keçirmək olur. Telefon kamerasının açılması, səsin dinlənilməsi, yerin öyrənilməsi kimi fəaliyyətlər bura daxildir. Bəs bu kimi halların qurbanı olmamaq üçün nə etmək lazımdır? Xüsusi izləmə proqramlarından başqa izləmə cihazları da var. Həmin cihazlar məkanı bildirir və istənilən məsafədən izləmə imkanı verir. Onların sosial şəbəkələr vasitəsilə onlayn satışı da aparılır. Şəxsin icazəsi olmadan cihazlarla izlənilməsi, ona aid informasiyanın əldə edilməsi isə cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, sözügedən texniki vasitələrin qanunsuz istifadəsi və satılması da cinayət hesab olunur.

ORXAN ASLAN RAMİQ ABBASOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR