Bu halvanı hazırlayarkən undan istifadə edilmir

# 11:33
14 yanvar 2023

Qəbələnin qədim yaşayış məskənlərindən olan Həmizəlli kəndi həmdə ancaq bu kənddə hazırlanan qoz halvası ilə tanınır. Hələ qədim zamanlardan kənddə bir neçə halvaçı olub ki, onları tanımayan az insan olub. Hazırda da kənddə bir çox evlərdə bu halva hazırlanır. Elşən Rəşidov artıq 30 ilə yaxındır ki, halvaçılıqla məşğuldur və ata babalarının ənənələrini davam etdirməkdədir. 

Qoz halvası bir neçə cür olur. Əsasən qoz və şəkərdən, qoz və doşabdan hazırlana bilər. Halvanın içinə zövqə görə meyvə quruları və küncüt də əlavə edilir.

 

Əvvəlcə doşab qaynadılır. Qatılaşdıqdan sonra üzərinə qoz əlavə edilir. Qozla birlikdə 10-15 dəqiqə qaynadıldıqdan sonra əldə olunan kütlə soyudulur.

Bişirmə prosesi təxminən 2; 2,5 saat çəkir. Halva yalnız taxta qaşıqla qarışdırılmalıdır. Metal şirniyyatın dadını dəyişə bilər.

 

Ağ rəngli qoz havası bişirmək üçün isə şəkər tozundan istifadə edilir. Şəkər tozuna az miqdarda su qatılır və qarışıq qaynadılır. Daha sonra əldə olunan mət soyudulur və  üzərinə yumurtanın ağı yaxşıca qarışdırılaraq əlavə edilir.

Halva ağ rəng alana kimi qarışdırılır və üzərinə ləpə əlavə edilir.

 

Hazırda bir çox restoran və turizm məkanlarında, eləcədə marketlərdə qoz halvasına rast gəlmək mümkündür. Halvanın 350 qramının qiyməti 5-6 manat arasında dəyişməkdədir. Qoz ləpəsinin qiyməti ilə əlaqədar olar halvanın da qiyməti dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR