Niyə yumurtalardan ancaq dişi balalar çıxır? - İqlimin təsiri

# 12:37
20 mart 2023

Dünyanın müxtəlif yerlərində, müxtəlif faizlərlə biomüxtəlifliyin məhvi müşahidə olunub.

Ümumdünya Təbiət Fondunun (WWF) Yaşayan Planet Hesabatına əsasən, növlərin populyasiyasında ən böyük azalma tropik qurşaqlarda daha çox müşahidə olunub. Hesabata görə, 1970-2018-ci illər arasında Avropa və Mərkəzi Asiyada 18 faiz, Şimali Amerikada 20 faiz, Asiya və Sakit okean hövzəsində 55 faiz, Afrikada 66 faiz, Latın Amerikası və Karib hövzəsində isə 94 faiz növlərin itkisi qeydə alınıb.

Qurumun Təbiəti Mühafizə Direktoru Sedat Kalem insanın səbəb olduğu iqlim böhranının dünyanın təbii quruluşunu dəyişdirərkən kütləvi ölümlərə və bəzi növlərin tamamilə yox olmasına səbəb olduğunu qeyd edib.

2022-ci il məlumatlarına görə, onurğalılar növünün populyasiyası 50 ildən az müddətdə 69 faiz azalacaq.

Onun sözlərinə görə, dünyada ən kəskin populyasiya itkisi 83 faiz nisbətində kəskin azalma ilə şirin sularda yaşayan növlərdə qeydə alınır.

Aralıq dənizindəki dəniz tısbağaları iqlim dəyişikliyindən iki şəkildə təsirlənib. Birincisi, tısbağaların yumurta qoyduğu qumun temperaturu çıxan balaların cinsiyyətinə təsir edir. Belə ki, yuvanın aşağı, daha soyuq hissəsindəki yumurtalardan erkək balalar çıxır.

Temperaturun artması isə yumurtadan yalnız dişi balaların çıxmasına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR