Bank Of Baku

Azərbaycan kənd təsərrüfatında yaxın 5 ildə ciddi artım gözlənilir

Azərbaycan kənd təsərrüfatında yaxın 5 ildə ciddi artım gözlənilir
# 30 oktyabr 2009 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsul istehsalında 2015-ci ilə qədər böyük artım gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

İ.Abasovun sözlərinə görə, artıq son illər dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun dəstəklənməsi məqsədilə ayrılmış vəsaitlərin nəticəsi olaraq əkin və məhsul yığımı dövründə texnika çatışmazlığı aradan qalxıb. Təkcə «Aqrolizinq» ASC-yə 2004-cü ildən bu günədək büdcədən 210,5 mln. manat vəsait ayrılıb və bu vəsait hesabına çoxlu sayda texnika, həmçinin mineral gübrələr alınaraq ölkəyə gətirilib.

Nazir həmçinin əlavə edib ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri ilə yanaşı, bir çox güzəştlər və dövlət yardımları şamil olunur. Nazir Bakı şəhərində süni qiymət artımının qarşısını almaq məqsədilə 2006-cı ilin iyul ayından hər həftənin şənbə və bazar günləri satış yarmarkalarının təşkil olunduğunu, bu günədək 343 dəfə keçirilmiş bu tip yarmarkalarda 77 min ton məhsul satıldığını bildirib.

İ.Abasov bu ilin əvvəlindən «Aqrolizinq» ASC-nin xətti ilə Almaniyadan 775 baş cins inəyin Azərbaycana gətirilərək fermerlərə lizinqə verildiyini də bildirib. Artıq bu heyvanlardan 600-dən çox bala alınıb. Fermerlərə lizinqə verilmiş 75 baş cins inəyin tələf olduğunu deyən nazir buna səbəb kimi sahibkarların laqeydliyini və ya baytarların məsuliyyətsizliyini göstərib.

İ.Abasov onu da vurğulayıb ki, cari ilin 8 ayında 204 263 min dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilib. Bunun 93 456 min dollarını bitkiçilik məhsulları, 10 573 min dollarını heyvandarlıq məhsulları, 10 231 min dollarını isə emal sənayesi məhsulları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR