Bank Of Baku

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi gələn il aqrar sektora 10 mln. manat kredit verəcək

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi gələn il aqrar sektora 10 mln. manat kredit verəcək
# 30 oktyabr 2009 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi vasitəsilə aqrar sektora kreditlərin verilməsi üçün gələn ilin büdcəsində 10 mln. manat vəsait nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazirin sözlərinə görə, bu, 2009-cu ildə büdcədə Agentlik üçün nəzərdə tutulan kreditlərlə eyni məbləğdədir. Kreditlər kənd təsərrüfatı məhsulları istehsalçılarına illik 7%-lə veriləcək.

Nazir onu da bildirib ki, gələn il Agentliyin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən kreditlərin həcmində və şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur. Bununla belə, hökumət müqabil sayarsa, kreditlərin həcmi və şərtləri ilə bağlı dəyişikliklərin edilməsi mümkündür.

İ.Abasov 2010-cu ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılacaq vəsaitin həcmində 2009-cu illə müqayisədə azalmanın olmayacağını, əksinə, 1-1,5% artımın olacağını vurğulayıb. Bu vəsait əsasən aqrar elm mərkəzlərində çalışan işçilərin əməkhaqlarının artırılmasına yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR