Bank Of Baku

Azərbaycan dövlət büdcəsindən Kənd Kreditləri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitin həcmi gələn il 22% artırılacaq

Azərbaycan dövlət büdcəsindən Kənd Kreditləri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitin həcmi gələn il 22% artırılacaq
# 02 noyabr 2009 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsinin layihəsi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Kreditləri üzrə Dövlət Agentliyinə 288,136 min manat həcmində vəsaitin ayrılması proqnozlaşdırılır. Bu da 2009-cu ilin gözlənilən göstəricisi ilə müqayisədə 21,5% və ya 50,948 min manat çoxdur. Bu barədə «APA-Economics»ə Milli Məclisin İqtisadi siyasət Komitəsindən məlumat verilib.

Komitəndən verilən məlumata görə, 2010-cu ilin dövlət büdcəsində Agentliyə ayrılması proqnozlaşdırılan vəsaitlərin həcmi 2008-ci ildə faktiki ayrılan vəsaitdən 51,6% və ya 98,042 min manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR