Bank Of Baku

Dövlət Baytarlıq Xidmətinin sektor müdiri: “Hazırda quduzluq ən çox sahibsiz itlər, qoyunlar və keçilər arasında yayılıb”

Dövlət Baytarlıq Xidmətinin sektor müdiri: “Hazırda quduzluq ən çox sahibsiz itlər, qoyunlar və keçilər arasında yayılıb”
# 06 noyabr 2009 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İşğal altında olan ərazilərdəki yanğınlarla əlaqədar vəhşi heyvanların ölkənin içərilərinə köçü artıb. Digər tərəfdən, meşələrdə vəhşi heyvanların qida rasionuna daxil olan heyvanların sayı azalıb. Buna görə də vəhşi heyvanlar yem tapmaq üçün vaxtaşırı kəndlərə hücum edir”. APA-nın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Kliment Əsədov deyib. O bildirib ki, son vaxtlar bütün dünyada vəhşi heyvanlar arasında quduzluq xəstəliyi artıb: “Rusiyada, Ukraynada və Belarusda bu artım 1990-cı illərin əvvəli ilə müqayisədə 10-15 dəfə çoxdur. 20-25 il əvvəl quduzluq xəstəliyi yalnız itlər arasında yayılırdısa, indi iribuynuzlu heyvanlarda, hətta qoyunlarda, atlarda, eşşəklərdə də quduzluq xəstəliyinə rast gəlinir”.

K. Əsədovun sözlərinə görə, hər il ev heyvanları quduzluğa qarşı peyvənd olunur. Hazırda quduzluq xəstəliyi ən çox sahibsiz itlər və vaksinasiya edilməmiş ev heyvanları, o cümlədən qoyunlar və keçilər arasında yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR