Bank Of Baku

Almaniyadan Azərbaycana gətirilən cins inəklərdən 90-a qədəri tələf olub

Almaniyadan Azərbaycana gətirilən cins inəklərdən 90-a qədəri tələf olub
# 06 noyabr 2009 14:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İndiyədək Almaniyadan Azərbaycana 770 baş cins inək gətirilib ki, bunların 90-a qədəri tələf olub. Bununla bağlı nazirliyin geniş toplantısı olub və bu işdə günahı olan mütəxəssislər cəzalandırılıb”. APA-nın məlumatına görə, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov dövlət vəsaiti hesabına Almaniyadan gətirilmiş cins inəklərin tələf olmasına münasibət bildirirkən deyib. Xidmət rəisi xaricdən gətirilən cins inəklərin tələf olmasına görə təkcə baytarlıq orqanlarını günahlandırmağı doğru saymayıb: “Bu məsələdə həmin heyvanları alan sahibkarların da günahı var. Onlar xarici ölkələrdən, yad iqlim şəraitindən gətirilmiş inəkləri tələb olunan şəraitdə saxlaya bilmirlər”.

DBX rəisinin sözlərinə görə, dünyada yad iqlim şəraitində saxlanılan heyvanlarda 3 faizə qədər ölüm halları normal hesab olunur. Amma xaricdən Azərbaycana gətirilmiş cins inəklər arasında ölüm halları 10 faiz təşkil edir. Bu isə o deməkdir ki, həmin heyvanların saxlanma şəraiti normal deyil.

Qeyd edək ki, Almaniyadan gətirilən inəklərin biri 3600-3800 manata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR