Bank Of Baku

İsrailin aqrobiznes şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir

İsrailin aqrobiznes şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir
# 10 noyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aqrobiznesin müxtəlif sahələri ilə məşğul olan İsrailin beş aparıcı şirkətinin nümayəndələri Azərbaycanda səfərdədir.

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, şirkətlər sırasına Prinir (qida emalı, məhsul yığımı sonrası bacarıqlar), AgriCo (südçülük istiqamətli heyvandarlıq sahəsi), Soli LTD. (bitkiçilik), Netafim (damla üsullu suvarma) və G.A.T. (istixanalar, toxumçuluq, heyvandarlıq sahələri) daxildir. Qonaqlar özləri ilə geniş təcrübə və Azərbaycanda biznes qurmaq üçün böyük maraq gətirib.

Səfər planına Azərbaycanın aparıcı şirkətləri ilə görüşlər və Samux, Gəncə, Şəmkir şəhərlərinə səfər daxildir. Noyabrın 9-da keçirilən biznes-forumun açılışında İsrail səfiri Mixael Lavon Lotem deyib ki, lazım olan sahələrdə bilik və təcrübəni genişləndirməyi təklif etməklə o, daim yerli və İsrail şirkətləri arasında vacib sövdələşmələrə çalışacaq. Səfər noyabrın 11-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR