Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti «Ərzaq balansının tərtib olunması Qaydası»nı təsdiq edib

Azərbaycan Nazirlər Kabineti «Ərzaq balansının tərtib olunması Qaydası»nı təsdiq edib
# 23 noyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Ərzaq balansının tərtib olunması Qaydası»nı təsdiq edib.

Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, ərzaq balansının tərtib olunması hər il İqtisadi İnkişaf Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış metodologiya əsasında həyata keçiriləcək.

Ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılacaq: buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, yarmalar, makaron məmulatları, kartof, soğan, sair tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, pendir, yumurta, balıq və balıq məhsulları, bitki yağları, marqarin, kərə yağı, meyvə və tərəvəz konservləri, şəkər, qənnadı məmulatları, çay və duz.

İqtisadi İnkişaf Nazirliyi Dövlət Statistika Komitəsi tərəfindən hesabat ili üçün hazırlanmış ərzaq balansı əsasında tərtib olunmuş cari ilin gözlənilən ərzaq balansını mayın 15-dək, növbəti ilin proqnoz ərzaq balansını isə “Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” ilə birlikdə sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR