Bank Of Baku

Azərbaycan fermerlərinə yemçiliyin təşkili öyrədiləcək

Azərbaycan fermerlərinə yemçiliyin təşkili öyrədiləcək
# 24 noyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Aqro İnformasiya Mərkəzi (AİM-Azərbaycan) Aclıq Əleyhinə Hərəkat («Action Contre la Faim») beynəlxalq təşkilatı ilə birgə layihə həyata keçirəcək.

AİM-dən «APA-Economics»ə verilən məlumata görə, layihə Ağcabədi və Beyləqan rayonlarından seçilmiş yerli yemdoğrayan fermerlərin optimal yem tərkibi üzrə imkanlarının inkişaf etdirilməsinə yönəlib. Məqsəd bu rayonlarda müvafiq təlim və informasiya xidmətləri göstərməklə kəndlərdəki yemüyüdən fermerlər və digər istehsalçıların istehsal və marketinq sahəsində bacarıqlarını yüksəltməkdir: «Təcrübələr və aparılan müşahidələr göstərir ki, hazırda fermerlər tərəfindən heyvanların və quşların düzgün yemləmə proporsiyasına əməl olunmur. Bunun başlıca səbəbi isə yem proporsiyaları, normaları və tərkibi (protein, zülal, karbohidrat və s.) haqqında biliklərin aşağı olmasıdır. Nəticədə fermerlər yemləri və yemləmə rejimini cins, yaş, boğazlıq, subaylıq və gələcək məhsuldarlığına görə təşkil edə bilmirlər».

Fermerlərə təlimlər iki dövrədə veriləcək. Təlimlərin birinci dövrəsi yemçiliyin idarəetməsi üzrə spesifik mövzular haqqında əsas anlayış yaratmaq məqsədi güdəcək. Təlim alanlara yemçilikdə marketinq və danışıq aparma da öyrədiləcək. Otaq təlimlərinin verilməsindən sonra təlim alanların sahədə iş keyfiyyəti proqram heyəti tərəfindən müşahidə və monitorinq olunacaq. Ortaya çıxan nəticələrə əsasən təlimlər təkmil səviyyədə veriləcək. Burada yemdoğrayanların spesifik ehtiyacları nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR