Bank Of Baku

«Tİ Aqrolizinq» şirkəti Azərbaycan fermerlərinə ABŞ-ın bir neçə şirkətinin yeni texnikalarını təqdim edəcək

«Tİ Aqrolizinq» şirkəti Azərbaycan fermerlərinə ABŞ-ın bir neçə şirkətinin yeni texnikalarını təqdim edəcək
# 24 noyabr 2009 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Tİ Aqrolizinq» şirkəti Azərbaycan fermerləri üçün yeni texnikalar təqdim edir. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin baş müşaviri Rəcəb Orucov bildirib.

R.Orucovun sözlərinə görə, «Tİ Aqrolizinq» şirkəti fermerlərə ABŞ-ın bir neçə şirkətinin yeni texnikalarını təqdim etmək niyyətindədir. Bu texnikaların tətbiqi nəticəsində kənd təsərrüfatında məhsuldarlığın 5 dəfə artımı gözlənilir.

«Hazırda «Azersun Holding»in Biləsuvar rayonundakı 3400 ha əkin sahəsində bu avadanlıqlar tətbiq edilir və yüksək nəticələr var», - deyə şirkət rəsmisi vurğulayıb.

Şirkətin Azərbaycana gətirdiyi texnologiyalar arasında becərmə texnologiyaları, məhsul yığan texnikalar, süni yağış yağdıran, çiləmə vasitələri və s. var.

R.Orucov bildirib ki, ABŞ istehsalı olan və fermerlərə təklif edilən texnikaların qiymətləri mövcud qiymətlərdən 2-3 dəfə bahadır. Amma tətbiq spektri genişdir və bu texnikalara maraq böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR