Bank Of Baku

Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,9% bahalaşıb

Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,9% bahalaşıb
# 25 noyabr 2009 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9% təşkil edib, yanvar-oktyabr aylarında isə 2008-ci ilin müvafiq dövrünə nisbətən 0,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 1,4%, o cümlədən dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri 4,3% bahalaşıb, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının qiymətləri 3,6%, meyvələr və qoz-fındığın qiymətləri isə 1,5% ucuzlaşıb.

Oktyabr ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 101,7% təşkil edib. Heyvandarlıq bölməsində diri quşların və yumurtanın istehsalçı qiymətləri 4,8%, diri iribuynuzlu qaramal və onun törəməsi məhsullarının 4,1% bahalaşıb, diri qoyunların, keçilərin və onlardan alınan məhsullarının qiymətləri isə 3,5% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR