Bank Of Baku

Qazaxıstan Azərbaycana taxıl ixracını artırmaq niyyətindədir

Qazaxıstan Azərbaycana taxıl ixracını artırmaq niyyətindədir
# 30 noyabr 2009 11:48 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Cari ilin iyulun 1-dən 2010-cu ilin iyun ayının 30-dək Qazaxıstandan Azərbaycana 800 min ton taxıl ixrac olunacaq. Bu barədə APA-nın Qazaxıstan bürosuna açıqlamasında Qazaxıstanın «KazAqro» SC-nin İdarə Heyətinin sədri Asıljan Mamıtbekov bildirib.

A.Mamıtbekov qeyd edib ki, bu il Qazaxıstanda taxıl istehsalı çox olduğuna görə, məhsul aşağı qiymətlə - 1 tonu 140-160 ABŞ dollarına satılır. Şirkət rəhbəri əlavə edib ki, Aktau limanı vasitəsi ilə Azərbaycana göndərilən taxılın ixrac həcminin gələcəkdə artırılması nəzərdə tutulub. Artıq yaxın perspektivdə bu göstərici 2 dəfədən çox artırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR