Bank Of Baku

“Pambıqçılıq haqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub

“Pambıqçılıq haqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub
# 04 dekabr 2009 13:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Pambıqçılıq haqında” qanun layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, sənəd haqqında komitə sədri Eldar İbrahimov məlumat verib. Komitə sədri deyib ki, SSRİ dövründə Azərbaycanda 1 mln. ton pambıq yığılırdısa, ötən il bu rəqəm 50 min ton olub. Bu ilsə Azərbaycanda 30 min ton pambığın yığılması gözlənilir: “Bu sahəyə xarici şirkətlər tərəfindən investisiya da qoyula bilər. Ona görə də belə strateji sahəni tənzimləyən ayrıca qanunun qəbul edilməsi olduqca vacibdir”.

E.İbrahimov deyib ki, “Pambıqçılıq haqqında” qanun layihəsinin üzərində bir ildən artıq iş aparılıb. Sənəd hazırlanarkən beynəlxalq təcrübə də yaxından öyrənilib.

Müzakirələrdən sonra layihə birinci oxunuş üçün Milli Məclisə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR