Bank Of Baku

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin layihə təqdimatını keçirəcək

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin layihə təqdimatını keçirəcək
# 08 dekabr 2009 14:17 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov – APA-Economics. Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin (MOPÇS) layihə təqdimatını keçirəcək. Bu barədə «APA-Economics»ə AFO-nun Bakıdakı ofisindən məlumat verilib.

MOPÇS üç il müddətində birgə həyata keçiriləcək fəaliyyətlər üçün prioritet sahələri əks etdirən FAO-nun hər bir üzv ölkəsi ilə hazırlanan çərçivə sənədidir. Azərbaycan üçün çərçivə sənədi əsasən kənd təsərrüfatı, heyvandarlıq, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması, təbii ehtiyatların mühafizəsi və idarə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və gəlir yaradılmasının davamlı təminatı, kənd infrastrukturunun yaxşılaşdırılması, qanunvericilik sisteminin gücləndirilməsini əhatə edəcək.

MOPÇS eyni zamanda 2011-2015-ci illər üzrə BMT-nin İnkişafa Yardım Çərçivə sənədində əks olunan BMT-nin birgə sisteminin strateji məqsədlərinin tamamlanması və dəstəklənməsi məqsədini daşıyır.

Sənədin təqdimatında Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf nazirliklərinin, elmi-tədqiqat institutlarının, donor təşkilatlarının, beynəlxalq agentliklərin, maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR